“Enerji ilə bağlı alternativ yollar tapılmalıdır”

“Hazırda Azərbaycanda alternativ və bərpa olunan enerjinin payı 18%-ə çatır”.

“2040-cı ilə kimi dünyada elektrik enerjisi sektorunda investisiyaların 3/2-i bərpaolunan enerji mənbələrinin payına düşəcək”.

XALQ.AZ xəbər verir ki, bunu bu gün keçirilən aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forumunda Energetika naziri Pərviz Şahbazov deyib. “Enerji tələbatındakı artımın 40 faizinin bu mənbələr hesabına ödənəcəyi gözlənilir”.

P.Şahbazovun sözlərinə görə, enerji vasitələrinin siyasi məqsədlərin alətinə çevrilməsi enerji təhlükəsizliyinə xələl gətirir: “Son illər neftin qiymətlərində dəyişiklik bir daha onu göstərir ki, təkcə enerjiyə çıxışı olmayan ölkələr deyil, həmçinin enerji ilə zəngin ölkələr də alternativ yollar tapmalıdırlar. Hazırda Azərbaycanda alternativ və bərpa olunan enerjinin payı 18%-ə çatır”.

Nazir bildirib ki, Azərbaycan hazırda EBRD və ADB ilə birlikdə alternativ və bərpa olunan enerji sahəsi ilə bağlı layihələr həyata keçirir.

 

Orxan