Erməni deputat Gürcüstanda killerlik edir – VİDEO

f5c14ca65050b9 5c14ca65050fb 770x510 1 800x445 1

“Gürcü Arzusu” partiyasının Axalkalaki rayonundan parlamentdəki majoritar deputatı Enzel Mikoyanın atəş açdığı görüntülər üzə çıxıb.

XALQ.AZ bildirir ki, görüntüləri “Axaltsikhe News” xəbər portalı paylaşıb.

Hadisənin 26 mart tarixində baş verdiyi bildirilir. Bir qrup şəxsin E.Mikoyanın evi istiqamətində açdığı atəşdən sonra hiddətlənmiş deputat, ərazidə polisin olmasına baxmayaraq, əks qrupun üzvərinə atəş açır.

Yerli media qarşıdurmanın Saakaşvilinin partiyasının nümayəndəsi Samvel Petrosyan və Enzel Mikoyanın tərəfdarları arasında baş verdiyini ehtimal edir.

Faktla bağlı Daxili İşlər Nazirliyi qrup halında güc tətbiqi və qanunsuz silahdan istifadə maddələri ilə cinayət işi başladıb.

Aktor.Az xatırladır ki, Mikoyan bir neçə il öncə Axalkalakidə Dağlıq Qarbağda vuruşmuş cani Mixail Avaqyanın büstünün qoyulmasının müəlliflərindəndir.

XALQ.AZ