Erməni generalın əl və ayaqları amputasiya oluna bilər

Azərbaycana qarşı çoxsaylı cinayətlərdə iştirak edən general Manvel Qriqoryan ölüm ayağındadır.

Bu barədə onun vəkili Levon Baqdasaryan jurnalistlərə deyib.

“Dünən Ermənistan hökumətinin təşəbbüsü ilə həkimlərin və nazirlik nümayəndələrinin iştirakı ilə konsilium keçirilib. Qriqoryanda təsbit olunmuş 30 xəstəliyə daha 3-ü əlavə olunub. Hazırda o, ağır vəziyyətdədir və süni nəfər aparatına qoşulub. Manvel Qriqoryanın əl və ayaqlarında amputasiyaya ehtiyac yara bilər”.

Qriqoryanın vəkilləri onun azadlığa buraxılması üçün Avropa Məhkəməsinə müraciət edəcək. Xatırladaq ki, Manvel Qriqoryan bir neçə maddə üzrə ittiham olunur.

XALQ.AZ 

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.