Erməni hərbçiləri postları qoyub qaçır-Jurnalist məlumat yaydı

ermmm 1

“Ermənilər böyük sayda itkilərə görə (4 000 nəfərədək) özlərini məğlub hiss edirlər”.

XALQ.AZ məlumat verir ki, bunu “Bild” nəşrinin baş redaktorunun müavini Pol Rontshaymer “Twitter”də yazıb.

“Demək olar, hamının tanışlarından məcburi orduya aparırlar. “Merkel buradakı müharibə barədə niyə az danışır?”, – deyə bizi Yerevan hava limanında qarşılayan Mane soruşub”, – o qeyd edib.

Qeyd edək ki, bu gün jurnalistin Ermənistanın baş naziri Nikol Paşinyanla müsahibəsi baş tutacağı gözlənilir.

Xatırladaq ki, ötən gün “Bild”in digər redaktoru Yulian Röpke erməni hərbçilərin Azərbaycan Silahlı Qüvvələrinə məxsus zərbə PUA-larının qarşısında acizliyindən söz açıb.

1601730188 2ec76c22 3811 3a54 a826 f8801a017bea

XALQ.AZ