Erməni mövqeləri bu silahlarla darmadağın edilir

raket 1

Gecə ərzində döyüşlər fərqli bir şiddətlə davam edib. Azərbaycan tərəfi ağır silahlardan istifadə etməklə mövqelərimizi hədəf alıb.

XALQ.AZ xəbər verir ki, bu barədə işğalçı Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan özünün Feysbuk səhifəsində yazıb.

Şuşan Stepanyanın sözlərinə görə, gecə boyu döyüşlər ümumiyyətlə, ara verməyib:

“Səhər tezdən Azərbaycan tərəfi TOS ağır artilleriya sistemi daxil olmaqla toplardan, zirehli texnikalardan istifadə edərək hücum əməliyyatlarını davam etdirir”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin az öncə yaydığı məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilib, erməni qüvvələri sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilib.