Ermənilər Tərtərə raket atdı-Yaralılar var

dag

Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam edir.

XALQ.AZ məlumat verir ki,, düşmən yenə təxribata əl ataraq dinc əhalini həfəf alıb.

Belə ki, ötən gecə şəhər mərkəzinə düşən mərmi iki mülki vətəndaşın yaralanmasına səbəb olub. Bunlar şəhər sakinləri – 1981-ci il təvəllüdlü Novruzov Taleh Qaytaran oğlu və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğludur.

Yaralılar xəstəxanaya çatdırılıb. Bundan başqa, bir sıra yaşayış evləri, obyektlər də dağıdılıb.