Ermənilər Tərtəri atəşə tutdu-Dəfn zamanı gərginlik-Ölən və yaralananlar var

defn

Cəbhədə vəziyyət gərgin olaraq qalır.


XALQ.AZ xəbər verir ki, Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.
Oktyabrın 15-i düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə rayona top mərmisi atıb.
Ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Nəticədə ilkin məlumatlara görə 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Həmin şəxslərin adları dəqiqləşdirilir.
Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

1602755858 qebirs
1602756376 trr
1602756445 trr1
1602756409 trr2
1602756376 trr4
1602756371 trr3
1602756458 trr5

XALQ.AZ