Ermənilər yenə oğurladılar-Video

Tarixən türk xalq mahnısı kimi tanınan “Ninnə yarım” mahnısını ermənilər öz mahnıları kimi qələmə veriblər.

XALQ.AZ xəbər verir ki,  Spitaklı Hayko kimi tanınan erməni müğənnisi bu mahnını toylarda, şənliklərdə erməni mahnısı kimi oxuyur.

Məsələ ilə bağlı danışan Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov bildirib ki, “Ninnə yarım” mahnısı Kərkük mahnısı kimi tanınır və bu mahnının ermənilərlə heç bir əlaqəsi yoxdur. Digər mahnılar kimi onlar bu mahnını da oğurlayıb özününküləşdiriblər.

Ermənişünas İsmayıl Tanrıverdi isə ermənilərin belə bir addım atmasının heç də təəccüblü görünmədiyini deyib:

“Çünki onlar mədəniyyətlərini elə digər xalqlardan oğurladıqları mahnılar, musiqilər, abidələrlə formalaşdırıblar. “Ninnə yarım” mahnısını saxtalaşdırıb oxuyan Spitaklı Hayko Tigran Osetiryanla Zeynəb Xanlarovanın “Sən Müşfiqin yanında qal” mahnısını da oğurlayaraq “YouTube”da yayıblar”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.