Ermənilərdən deputata qarşı terror-Fotolar

vezife

İşğalçı Ermənistan ordusu Millət Vəkili Vüqar Bayramovun Horadizdə yerləşən ofisini atəşə tutub.

XALQ.AZ xəbər verir ki, bu barədə deputat öz feysbuk hesabında paylaşım edib. 

O bildirib ki, ofisə ciddi ziyan dəyib: “Atəşi nəticəsində binanın şüşələri sınıb və ofisə ciddi ziyan dəyib. Bu fakt bir daha təsdiq edir ki, eməni təxribatçıları beynəlxalq konvensiyaları pozmaqda davam edir və mülki vətəndaşları, əmlakları hədəfə alır. Bununla yanaşı, belə hallar əhali arasında əhval-ruhiyyəni azaltmır, əksinə vətəndaşlarımız Ali Baş Komandanın ətrafında sıx birləşərək orduya dəstəyi daha da artırırlar.

Yaxın zamanlarda ofisimizi Füzuli şəhərinə köçürəcəyik. Savaşdan sonra isə bu ofisimizi təmir edib erməni izini tamamən itirəcəyik. Füzuli şəhərində açılacaq ofisimizdə seçicilərimiz ilə görüşlərin keçirilməsinə az zaman qaldı. Qələbə bizimlədir!”.

21601917026
1%20(1)1601917026
modern.az 4 778

XALQ.AZ