Ermənilərdən növbəti təxribat: PUA məhv edildi

pua

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib.

XALQ.AZ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.