Ermənilərin 20 nəfərdən çox şəxsi heyəti darmadağın edildi – Video

darmada

Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyəti aldatmağa davam edir.

XALQ.AZ