Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 1 qadın öldü – 3 yaralı

1601890055 nn

Baş Prokurorluq cəbhə xəttindəki vəziyyətlə bağlı daha bir məlumat yayıb. 

XALQ.AZ həmin məlumatı təqdim edir:

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirərək 05 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Goranboy, Göygöl, Beyləqan, Bərdə, Tərtər, Zərdab rayonlarının və Gəncə şəhərinin ərazisində əhalinin kompakt olduğu məntəqələri atəşə tutmaqda davam edir. 

İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı Bərdə rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. 

Eyni zamanda yuxarıda qeyd olunan digər şəhər və rayonlara çoxsaylı raket mərmiləri düşməsi nəticəsində infrastruktura ciddi ziyan dəyib.

1601886944 f3dad84f 23b0 3219 a849 33e76b4e6dce 850
1601886965 8a9b14ae 2013 3349 905e 12aa0c1f12ed
1601886981 c56f7ee7 7e7c 3942 afb7 5c5e75bbdb3a

XALQ.AZ