“Ermənistana inanırıq ki, onların təqdim etdikləri rəqəmlərə də inanaq?”

“Rəzalət içində yaşayan Ermənistana inanırıq ki, onların təqdim etdikləri rəqəmlərə də inanaq? Guya Ermənistanda həyat səviyyəsi Azərbaycandan yüksəkdir”.
XALQ.AZ-ın məlumatına görə, bunu Milli Məclisin mövədənkənar plenar iclasında deputat Şəmsəddin Hacıyev bildirib.
O, bu barədə “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində danışıb.
Şəmsəddin Hacıyev qeyd edib ki, Ermənistan hökuməti ölkə iqtisadiyyatına nəzarət edə bilmir:
“Ermənistan hökuməti ölkə iqtisadiyyatının 80 faizin nəzarət etmir. Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) dəyəri Ermənistandan 8 min dollar çoxdur”.

Yeganə