Erməni banka silahlı hücum etdi- İşçilər girov götürülüb

Gürcüstanın Zuqdidi şəhərində “Gürcüstan Bankı”nın filialına silahlı basqın edilib. XALQ.AZ-ın məlumatına görə, banka silahlı hucum edən naməlum şəxsin avtomat və qumbara ilə silahlandığı bildirilir.

Yayılan məlumatlara əsasən, bankın əməkdaşları və müştərilər girov götürülüb.

Hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb olunub.

Qeyd edək ki, Gürcüstanın hüquq mühafizə orqanlarından verilən məlumata görə terrorçu erməni milliyətində olan şəxsdir.