Erməni Livanda nazir təyin olundu

Ermeni

 

Erməni əsilli Artur Nazaryan Livanın Energetika və su resursları naziri təyin olunub.   Xalq.az-ın xarici saytlara istinadən verdiyi məlumata görə, Livanın Baş naziri Tammam Salam fevralın 15-də ölkə prezidenti Mişel Süleymana yeni hökumətin üzvlərini təqdim edib. Ölkə başçısı ilə söhbətində Salam öz üzərinə böyük məsulliyyət götürdüyünü və Livanda sabitliyin yaranması üçün əlindən gələni edəcəyini söz verib.    Yeni hökumətin ilk iclası bu gün keçiriləcək. Xatırladaq ki, Artur Nazaryan 1951-ci ildə Beyrut şəhərində anadan olub. Amerikanın Filadelfiya ştatının unversitetlərinin birində mühəndislik fakültəsini bitirib. O, həmçinin keçmiş Baş nazir Səlim Ayvaşın komandasında Turizm naziri postunu tutub.    Xatırladaq ki, Livan Parlamentində 5 erməni deputat var. Bunlar Akop Baqratudi, Şant Çinçinyan, Sepuq Qalapakyan, Serj Tursarkisayan və Jan Oqasapyandır