Erməni marşalın bacısı qızı özünü dayısının qəbrinə zəncirləyib

Kremil

Moskva polisi Sovet İttifaqı marşalı İvan Baqramyanın bacısı qızı – 45 yaşlı Qayane Əmrahovanı saxlayıb.

ANS PRESS-in məlumatına görə, Qayane özünü qandalla marşalın Qızıl Meydandakı məzarına zəncirləyib.

“Qayane bu addımı mənzilinin reyderlər tərəfindən tutulmasına görə atıb. Saxta sənədlərlə onun mənzilini əlindən alırlar. Qayane II qrup onkologiya əlilidir. O, məhkəmələrə baş vuraraq mənzilini xilas etmək istəyir, amma onu eşidən yoxdur”, – deyə Qayanenin vəkili bildirir.

Məhkəmənin növbəti iclası fevralın 24-də olacaq, qadın bu addımı məhkəməyə diqqət çəkmək üçün atıb.