Erməni yazıçısı Paşinyanı biabır etdi: Ayıb olsun!

Erməni yazıçısı Anna Turcotte Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına ciddi ittihamlar səsləndirib.

XALQ.AZ Moderator.az-a istinadla xəbər verir ki, N.Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskussiyada Prezident İlham Əliyevin qarşısında gülünc vəziyyətə düşməsini heç cür həzm edə bilməyən erməni yazıçısı bunu Paşinyanın kütlüyü ilə izah edib.

Erməni yazıçısı vurğulayıb ki, məhz N.Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskussiyaya lazımınca hazırlaşa bilməməsi onu, onun timsalında isə bütün Ermənistanı gülünc vəziyyətdə qoyub.

A.Turcottenin fikrincə, N.Paşinyan Münhendəki diskussiyada 1990-cı illərdə ermənilərin Bakı, Sumqayıt, Gəncə şəhərlərində üzləşdiyi “zorakılığa” diqqət çəkməli və dünyanı inandırmalı idi ki, əgər Qarabağ Azərbaycanın tərkibinə qaytarılsa, o zaman buradakı ermənilər “yenə eyni zülmə” məruz qalacaqlar. Erməni yazıçısı qeyd edib ki, Paşinyanın bütün dünyanın izlədiyi siyasi qarşıdurma meydanında “bu tarixi faktı” unutması yolverilməz və bağışlanılmazdır.

Paşinyanın Azərbaycan Prezidentinə bütün parametrlərdə uduzduğunu bildirən A.Turcotte Ermənistan baş naziri haqqında “ayıb olsun” ifadəsini işlədib.