Ermənilər atəşkəsi 46 dəfə pozublar

Silah

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub.

XALQ.AZ Müdafiə Nazirliyinin saytına istinadən məlumat verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.