Ermənilər azərbaycanlı nazirin həyatı barədə filim çəkiblər

Shahin Mustafatev

Erməni telejurnalistləri Azərbaycanın sənaye və iqtisadiyyat naziri Şahin Mustafayevin həyatı barədə qısametrajlı film çəkiblər. Filmin müəllifləri Şahin Mustafayevin doğulduğu Ermənistanın Noyemberyan rayonunun Ducevan kəndinə gedib və ata yurdunda olublar.
Həmin qısametrajlı filmdə Şahin Mustafayevin məktəb yoldaşları, müəllimləri, Ermənistandan olan uşaqlıq dostları ilə nazirin uşaqlığı, məktəb illəri və ailəsi haqda xatirələrini bölüşüblər.

Sinif və qrup yoldaşı, Garnik Babacanyan: “O çox ambisialı idi. Bizim tələbəlik illərimizdə, İrəvan yaxınlığında zooparkın yanında yaşayırdıq. Onun ailəsi digər burada yaşayan Azərbaycan ailələri kimi cöx qonaqpərvər və dost bir ailə idi. Hər dəfə onlara qonaq gedəndə, bizimlə çox yaxşı rəftar edirdilər”.

Şahin Mustafayevin tarix müəlliməsi şagirdlər arasında heç vaxt ayrı-seçkilik etmədiyini, Şahinə xüsusi münasibət bəslədiyini deyir.

Müəllimi, Anuş Anexanyan: “Şahin əla və möhtəşəm bir uşaq idi. Ağıllı və savadlı. Elə bir sahə yox idi ki, ondan xəbəri olmasın. Bir gün Şahin dərsə gəlir, qırmızı gözlərlə. Deyirəm Şahincan nolub sənə. O dedi ki, Anuş müəllimə mən bütün gecəni erməni qalaları haqqında oxuyurdum. Mən onu belə yadımda saxlamışam.”

Məktəbi əla qiymətlərə oxuyan Şahin Mustafayev qızıl medəllə orta məktəbi bitirib.

Burada maraqlı məqamlardan biri də, filmi ərsəyə gətirən jurnalist Tatul Hakopyanın Şahin Mustafayevin sinif yoldaşı olmasidir. Xoş xatirələr əsasında ərsəyə gələn film Ermənistanın sivilnet.am internet portalının məhsuludur. Filmin çəkilməsindən isə Şahin Mustafayevin məlumatı olmayıb.