Öz torpaqlarımıza, öz evlərimizə qayıdacayıq…

Картинки по запросу eldar ibrahimov

“Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı  düşmən ölkəyə bir mesajdır”. Bunu XALQ.AZ-a açıqlamasında Milli Məclisin aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov deyib.

O bildirib ki, sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi müvəqqəti olaraq kiçik, daha sonra böyüdüləcək: “Bilirsiniz ki, ötən ilin aprel döyüşlərində Azərbaycan ordusunun parlaq qələbəsi nəticəsində əldə  olunan yüksəkliklər bizdədir  və ora tam təhlükəsizdir. Çünki, əvvəllər ermənilər həmin ərazilərə atəş aça bilərdisə, bu ərazilərin işğaldan azad edilməsi nəticəsində onlar bunu edə bilmirlər.  Dövlət Başçısının Sərəncamı əsasında tarixi torpaqlarından çıxarına vətəndaşlarımız öz yurd-yuvalarına tam təhlükəsiz şəkildə qayıda biləcəklər və ermənilər də görəcək ki, Azərbaycan imkanlarından istifadə edərək öz torpaqlarında quruculuq işləri aparır, insanlar öz evlərinə qayıdır”.

E. İbrahimovun sözlərinə görə, bununla da Ermənistan bilməlidir ki, Azərbaycan tezliklə işğal olunmuş torpaqlarını geri qaytaracaq və vətəndaşlarımız öz yurd-yuvalarına qayıb orada yaşayacaqlar: “Mən ATƏT-də olarkən orada olan erməni deputatlarına dəfələrlə sual verərək bildirdim ki, ərazilərimiz işğal etmisiz niyə həmin ərazilərdə heç kim yaşamır? Çünki onların orada yaşamağa adamları yoxdur. Hazırda İrəvanın özündə belə erməni qalmayıb. Düşməndə işğal xəstəliyi var. Düşünürəm ki, Ali Baş Komandanın göstərişi ilə haqq -ədalət işimizi həyata keçirəcək, torpaqlarımızı sülh yolu ilə alınmasa, hərbi yolla geri qaytaracağıq. Bu baxımdan Azərbaycan prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı bu yolda ilk addım və ermənilərə bir mesajdır”.VVV