Ermənilər Nadirdən oğurluq etdilər

 

 

Müğənni Nadir Qafarzadənin ifa etdiyi “Maral” mahnısı erməni müğənnisi tərəfindən oğurlanıb.

Axşam.az-ın məlumatına görə, sözügedən bəstəni Teymur Javoyan adlı ifaçı lentə aldırıb. O, eyni zamanda mahnını yeni işıq üzü görəcək albomuna əlavə edəcəyini söyləyib.

Qeyd edək ki, sözügedən bəstəni ilk dəfə Türkiyədə müğənni Dilək Şimşək oxuyub. Daha sonra N.Qafarzadə həmin nəğməyə müraciət edib. O, yeni aranjimanda səsləndirdiyi “Maral” bəstəsi ilə Azərbaycanda bu günə qədər olmayan rekord vurub.
Belə ki, Nadir yeganə Azərbaycan müğənnisidir ki, “Youtube”da həmin mahnısının baxış sayı 6 milyondan artıqdır.