Ermənilər Qarabağdan belə qaçır-Video

Rusiyanın “Life” portalı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisindən reportaj hazırlayıb. 

XALQ.AZ məlumat verir ki,xəbər verir ki, görüntülərdə ermənilərin kütləvi şəkildə Xankəndini tərk etdiyi görünür.

Qeyd edək ki, ötən gün saat 14:00-dan etibarən işğalçı Ermənistan öz vətəndaşlarının Azərbaycanın Qarabağ ərazisinə girişi-çıxışına məhdudiyyət qoyub. Daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti dünəndən etibarən Qarabağa girişin Ermənistan sərhəd-keçid məntəqəsindən sənəd göstərmək şərtilə həyata keçiriləcəyini elan etmişdi.

Xatırladaq ki, erməni sosial şəbəklərində yaydığı məlumatlara görə, düşmənin işğal etdiyi ərazilərdən 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb.

Həmçinin qeyd edək ki, Suriyadan və Livandan aldadaraq gətitlimiş ermənilər məcburi döyüşə göndərdiklərini bildirilir. Onlara Dağlıq Qarabağ ərazisində kənd təsərrüfatı işləri ilə məşgul olmaq üçün şərait yaradılması ilə bağlı verilən yalan vədlər heç biri əməl olunmayıb. Çıxılmaz durumda qalan erməni millətindən olan Suriya ,Livan və digər ölkələrdən gələn ailələr artıq Qarabağı tərk edirlər.

XALQ.AZ