Ermənilərın atəşı nəticəsində 24 mülki vətəndaş ölüb, 121 nəfər yaralanıb

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən XALQ.A-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 24 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb.

Bundan başqa, 56 mülki obyekt və 306 yaşayış evi yarasız hala düşüb.