Ermənilərin atdığı mərmilər yaşayış evlərinə düşüb – Foto

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

Ermənilərin Tovuzun Dondar Quşçu kəndini atəşə tutması nəticəsində bəzi evlərə ciddi zərər dəyib. İlkin məlumata əsasən, mülki əhali arasında itki yoxdur. 

XALQ.AZ xəbər verir ki, bu barədə məlumatı və fotonu jurnalist Ruslan Rəhimov yayıb.  


XALQ.AZ