“Ermənilərin faşist əməllərini dünya görməlidir”

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi  müsahibəsi zamanı atəşkəsin real həyatda baş vermədiyini bir daha vurğuladı. Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi yenə də davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir. Dünya bunu təkrar görür.Oktyabrın 10-da Moskvada keçirilən görüşdə humanitar atəşkəs barədə razılaşma əldə olunmasına baxmayaraq Ermənistan tərəfi mülki şəxsləri və mülki obyektləri qəsdən atəşə tutur. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə ilə yanaşı, sənaye infrastrukturunun və Cənubi Qafqazın ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini və digər yaşayış məntəqələrini də ağır artilleriya, həmçinin raket atəşinə tutur. Bu bir daha erməni terrorunun bariz nümunəsidir. Dinc əhaliyə qarşı belə raketdən istifadə etmək hərbi cinayət olmaqla bərabər, vandalizm aktıdır. Dünyada “Skad” raketiylə mülki əhalinin hədəfə alınması təcrübəsindən az istifadə edilib. Buna yalnız faşist xislətli Ermənistan hərbi rəhbərliyi qərar verə bilərdi. Azərbaycan mülki əhali ilə müharibə aparmır və  Gəncə bombardmanının əvəzini Azərbaycanın Müzəffər Ordusu döyüş meydanında verəcək. Ermənistanın mülki insanlara raket hücumu dünyaya bir daha göstərdiki, Ermənistan günahsız insanların öldürülməsi üzrə peşəkardır. Mərdcəsinə mübarizə aparmaq əvəzinə günahsız qadın və uşaqları xaincəsinə öldürür. Moskva şəhərində baş vermiş son danışıqların nəticələri Azərbaycanın xeyrinədir. Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Odur ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın torpaqlarından çıxmalıdır.Müvəqqəti xarakter daşıyan humanitar atəşkəs sülh sazişi demək deyil. Bu sadəcə  humanitar məqsədli atəşkəsdir. Danışıqların formatı dəyişilməz olaraq qalır. Danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi və bilməyəcəkdə.  Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğurudur.Bu  gün regionda beynəlxalq sülhə başlıca təhlükə olan Ermənistan artıq nəinki Cənubi Qafqaz regionu, ümumilikdə beynəlxalq aləm üçün qlobal problemə çevrilib.Paşinyan rejimi aydın şəkildə beynəlxalq qanunlara hörmətsizlik edir. Moskvada üzərinə götürdüyü öhdəliklərə əməl etmədi, razılaşmaya sadiq qalmayaraq bir daha ikiüzlülüyünü isbatladı.Bütün beynəlxalq təşkilatlar bu dəfə də Ermənistanın əməllərinə susqunluqla yanaşacaqlarsa, təcavüzkara qarşı əməli tədbirlər görülməyəcəksə, nəticədə Paşinyan rejimi daha da azğınlaşacaq və bundan da böyük terror aktlarına əl atacaq. Əlbətdə ki bu da regionda sülhün və təhlükəsizliyin təmin olunmasında problem yaradacaq.Qardaş Türkiyənin rolu Azərbaycan ücün  əvəzolunmazdır. Münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməlidir. Qardaş ölkə erməni hərbi birləşmələrinin təxribat hücumuna başladığı ilk gündən Azərbaycanın yanında oldu. Bu dəstək davam edir və Türkiyə rəhbərliyi işğala son qoyulana qədər hərbi əməliyyatları dəstəkləyəcəyini bəyan edib.Status-kvonun dəyişilməsi artıq bir faktdır. Status-kvonun dəyişilməsi münaqişədə əldə etdiyimiz növbəti uğurdur. Statusk-kvonun dəyişdirilməsi münaqişədə yeni reallıq yaradır. Ermənistan silahlı qüvvələrinin öz mövqelərindən geri çəkilməsi rəsmi Yerevanın geri çəkilməsi deməkdir.  Azərbaycan Respublikasının Şanlı Ordusu  doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Strateji yüksəkliklərin əldə olunması Azərbaycana taktik üstünkülər verir. Bütün əsas strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması xalqımızın böyük qələbəsini yaxınlaşdırır və biz bu qələbə  gününü tez bir zamanda yaşayacayıq. Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır. Lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır. Azərbaycan 30 il sonra erməni işğalında olan torpaqlarımızın azad olunması üçün Vətən müharibəsi aparır. Bütün təzyiqlərə, ədalətsiz mövqelərə rəğmən, xalqımızı bu yoldan heç bir qüvvə döndərə biməz.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin bəyan etdiyi kimi, “Bayrağımızı işğal olunmuş bütün torpaqlarımızda sancacağıq, biz zəfər çalacağıq, Qarabağ Azərbaycandır!”
Naftalan ziyalısı Möhübbət Bədəlov