Ermənilərin mülki əhaliyə atdığı mərmilər -Fotolar

2020-ci il 02 Oktyabr tarixlərində Agentliyə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 33 (otuz üç) müraciət daxil olub.

ANAMA-dan XALQ.AZ-a verilən məlumata görə, daxil olmuş 33 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Kürdlər, Minaxorlu, Ağabəyli, Bayat, Yuxarı Qiyaməddinli kəndləri, Hindarx qəsəbəsi və Sadıqov küçəsi, Beyləqan rayonu, Bərdə rayonunun Şahvəlilər kəndi, Cəbrayıl rayonu, Füzuli rayonunun Əhmədalılar kəndi və Horadiz qəsəbəsi, Goranboy rayonunun Xanqərvənd, Yenikənd və İrəvanlı kəndləri, Tərtər rayonunun Səhləbad, Borsunlu kəndləri, N.İsgəndərov və Cavanşir küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 33 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 21 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 4 ədəd raket yerində işarələndi və növbəti iş günü qazılması həyata keçiriləcəkdir.

ANAMA cəbhəboyu ərazilərdə 21 ədəd partlamış mərmi qalıqları aşkar edib (FOTO)
ANAMA cəbhəboyu ərazilərdə 21 ədəd partlamış mərmi qalıqları aşkar edib (FOTO) - Gallery Image
ANAMA cəbhəboyu ərazilərdə 21 ədəd partlamış mərmi qalıqları aşkar edib (FOTO) - Gallery Image

XALQ.AZ