“Ermənistan ağlını başına yığsın, Azərbaycanın yanındayıq”

“Ermənistan ağlını başına yığsın”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərə dair suala cavabında deyib.

“Ermənistan ağlını başına yığsın. Bütün imkanlarımızla Azərbaycanın yanındayıq”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.