Ermənistan çökdü: sənaye inkişafı 0%-dir – Rəsmi

38

 

Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin birinci yarısında ölkə sənayesinin inkişafı 0% təşkil edib.

Axar.az tert.az-a istinadla xəbər verir ki, bu açıqlama ilə erməni iqtisadçı Vardan Bostanyan çıxış edib. O, son altı ildə ölkədə bu cür iqtisadi böhranın yaşanmadığını bildirib:

 

“Bu durum qlobal maliyyə böhranı ilə əsaslandırılırdı, halbuki böhran Ermənistana təsir etməməli idi. Əslində isə bu, son 4 il ərzində aparılan uğursuz iqtisadi siyasətin nəticəsidir”.