Ermənistan çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədib-Hikmət Hacıyev

“Ermənistan çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədib. Bu cinayətlər Ermənistanın hərbi-siyasi rəhbərliyi və qondarma rejimin guya rəhbəri olan şəxslər tərəfindən həyata keçirilib”.

XALQ.AZ-məlumatına görə, bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Çıraqov işində də qeyd olunduğu kimi, Ermənistan işğalı həyata keçirən dövlət kimi məsuliyyət daşıyır:

“Ermənistan ərazisindən raketlərin atılması və mülki əhalinin ölümü də Ermənistanın məsuliyyətini təsdiqləyir. Bu gün döyüşlərdə iştirak edənlərin də əksəriyyəti Ermənistan vətəndaşlarıdır. Ermənistan hərbi təcavüzü həyata keçirən tərəf kimi məsuliyyət daşıyır”.