“Ermənistan danışıqlar prosesinə maneələr yaratmaqdadır”

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi davam etdirilsə də, Ermənistan yenə də destruktiv siyasətini davam etdirməkdədir.

XALQ.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır: “İlk növbədə, Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi şəkildə xələl gətirməkdədir”.

XALQ.AZ