Ermənistan mülki insanları öldürməyi dövlət siyasətinə çevirib

“Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Məclis olaraq Azərbaycanın yanında olduğumuzu sentyabrın 28-də dünyaya bir daha bəyan etdik”.

XALQ.AZ xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan mülki insanları öldürməyi dövlət siyasətinə çevirib:

“Moskvadakı atəşkəsdən sonra da onlar atəşkəsi pozaraq mülki insanları yenidən hədəf alıb. Onlar günahsız insanlara hücum etməyə davam edir. Bunlar müharibə cinayətidir. Beynəlxaq ictimaiyyətə müraciət edirəm ki, karsınız ya korsunuz? Bunları görmürsünüzmü? Ermənistanın ipini əlində tutanlar bunu dayandırmalıdır”.