Ermənistan-Türkiyə sərhəddində zəlzələ

 

20

Oktyabrın 17-də, yerli vaxtla saatla 19:05-də (Bakı vaxtı ilə saat 21: 05) Ermənistan-Türkiyə sərhəddində yerləşən Gümrü şəhərinin 11-ci kilometrliyində zəlzələ baş verib.ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan FHN, zəlzələnin mərkəz koordinatlarının 40.730 Şimali paraleli və 43.730 Şərq meridianı olduğunu bildirib.

Yerin 10 km. dərinliyində baş verən zəlzələnin 4 bal gücündə hiss olunduğu qeyd olunub. Günrü və Artık şəhərlərində isə bu, 3 bal gücündə hiss olunub.