Ermənistan vahimədə

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərlə informasiya texnologiyaları sahəsində əməkdaşlığı təsdiqləməyə tələsmir.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan qanunun ratifikasiya olunmasını təklif edib. Onun sözlərinə görə qanun hərbi-siyasi sahədə KTMT-a aid məlumatların mübadiləsinə şərait yaradacaq.
Amma o, bəzi üzv ölkələrin bu informasiyaları Azərbaycana ötürə bilməsindən narahatlığını gizlətməyib.
“Mən ölkələrin adlarını çəkmək istəmirəm amma KTMT-da İslam təşkilatlarına üzv ölkələrin olduğunu bilirik. Həmin ölkələrin Azərbaycanla oxşar sazişi varmı və bu razılaşmaya necə təsir göstərə bilər?”-deyə “Çiçəklənən Ermənistan” partiyasının deputatı Mikael Melkumyan Vanetsyana sual verib.
Vanetsyan infiormasiyaların bağlı olduğunu və 3-cü ölkələrə ötürülməsinin çətinləşdiyini deyib. Bununla belə, bəzi ölkələrin səssiz razılığı əsasında KTMT-a aid informasiyaların kənara sızdırılmasını təkzib etməyib.
XALQ.AZ

Yeganə