Ermənistan XİN rəhbəri Minsk Qrupunun həmsədrləri ilə görüşdü

Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan  Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.

XALQ.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər münaqişənin həlli yolları barədə diskussiya aparıblar.

 Xatırladaq ki, XİN rəhbərləri arasında sonuncu görüş dekabrın 5-də Bratislavada baş tutub.