Ermənistanda dəhşət-Xəstəxanalarda yer yoxdur

Ermənistanda son sutkada 1 058 nəfər koronavirusa yoluxub.

XALQ.AZ Ermənistan mətbuatına istinadən xəbər verir ki, məlumatı Ermənistan xəstəliklərin profilaktikası və nəzarəti üzrə milli mərkəz yayıb.

Bildirilib ki, yoluxanların ümumi sayı 58 624 nəfər çatıb. Son sutkada 7 nəfər koronavirusdan ölüb. Bununla da virusun qurbanlarının ümumi sayı 1 039-a yüksəlib.

43 713 pasiyent sağalıb, 10 561 nəfər isə müalicə olunur.

Sosial şəbəklərdə yayılan son məlumata görə COViD19 yoluxmuş insanlar xəstəxanlara yerləşdirilmir. Belə ki, yaralı hərbçilərin çox olması ilə əlaqədar çarpayı çatışmamzlığı və yer olmadığı bildirilir.