Ermənistanda gərginlik

Şimala axın keçən il xeyli güclənib
Ermənistandan Rusiyaya köçən əmək miqrantlarının sayı 2017-ci ildə 230 min olub.
Bu barədə Ermənistan Dövlət Miqrasiya Xidməti məlumat verib.
Xidmətin məlumatına görə, Rusiyaya əmək miqrantları ən çox 2015-cm ildə köçüb və həmin ilin göstəricisi 264 min olub. 2016-cı ildə köç bir qədər səngiyib və göstərici 209 minə düşüb. Göründüyü kimi bu il köç yenidən güclənib.
Rusiya Miqrasiya Xidmətinin məlumatından belə anlaşıdıor ki, Rusiya köç edən ermənilərin əksəriyyəti geri qayıtmır. Məsələn, 2016-cı ildə Ermənistan Miqrasiya Xidməti Rusiyaya 209 min erməni əmək miqrantının getdiyini göstərsə də Rusiya Miqrasiya xidməti ölkədə 607 min erməni əmək miqrantının qeydiyyatdan keçdiyini göstərirdi.

Əslində, əmək miqrantı statusu ermənilər üçün Rusiya vətəndaşlığına keçidin aralıq varinatıdır. Məsələn, 2017-ci ildə təxminən 85 min erməninin Rusiya vətəndaşlığı aldığı bildirilir. Rusiya vətəndaşlığına keçən ermənilərin bir qismi bu proseduru hətta Ermənistanı tərk etmədən gerşəkləçdirir.