Ermənistanda hərbi hissələrdə üsyan başlandı- Əsgərlər zabitlərin əmrinə tabe olmur

Ermənistanın 3-cü ordu korpusunun alaylarında qiyamlar baş verir.  Bu korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşir.  

Təfsilat belədir: Muzdlular (dəqiq desək, müqavilə ilə orduda olanlar)  kollektiv şəkildə Dağlıq Qarabağdakı döyüş bölgəsinə göndərilmək əmrinə tabe olmaqdan imtina ediblər.  Korpus komandiri Qriqori Xaçaturov özü prosesə müdaxilə üçün polka gəlib. Məlumata görə hərbçilərdən bəzilərinin qohumları artıq korpusun qərargahında toplanmağa başlayıblar.  Artıq əsgərlər komandirlərin əmrlərinə tabe olmur. Həmçinin son məlumata görə, Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina edib.  Təcili olaraq hərbi hissələrə gələn hərbi prokurorluq əməkdaşları bir neçə zabit və əsgəri həbs edərək cinayət işi başlanılıb.


Xatırladırıq ki, Azərbaycan ordusu silahlarını yerə qoyan erməni birləşmələrinin həyatına və onlarla ləyaqətli rəftara zəmanət verməyə hazırdır.  Bu, dəfələrlə elan edilib.