Ermənistanda istehsal edilən heç bir məhsul Azərbaycana idxal oluna bilməz

05

 

 

Ermənistanda istehsal edilən heç bir məhsul Azərbaycana idxal oluna bilməz.
Xalq.az  xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə müsahibəsində demişdir. O, həmçinin qeyd etmişdir ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün gömrük orqanlarının üzərinə böyük məsuliyyət düşür. Vahid ticarət prinsipinin tətbiqindən başlayaraq, sərhədyanı gömrük nəzarət orqanlarında səhiyyə və fitosanitariya üzrə çoxsaylı mütəxəssislər fəaliyyət göstərirlər. Ölkəmizə daxil olan bütün məhsulların mənşəyi və keyfiyyəti araşdırılır.
A.Əliyev bildirmişdir ki, Azərbaycanın gömrük orqanları eyni zamanda müqabil tərəflərlə daim statistik məlumatlar mübadiləsi aparır. Bundan əsas məqsəd ölkəyə daxil olan məhsulların həcmi və yeri ilə bağlı tam məlumat əldə etməkdir. Ümumiyyətlə, Ermənistanla ölkəmizin heç bir ticarət əlaqəsi yoxdur və ola da bilməz. Bununla əlaqədar daim məlumat mübadiləsi aparılır ki, Ermənistan məhsulları Azərbaycana keçirilməsin.