Ermənistanda koronavirusa yoluxanların sayı 3 min nəfəri ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 3 029 nəfərə çatıb.

XALQ.AZ-ın məlumatına görə, son sutka ərzində 145 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 43 nəfər koronavirusun qurbanı olub, 1 758 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.