Ermənistanda kütləvi dava: yaralılar var

Ermənistanın Armavir rayonunun Zartonk kəndində kütləvi dava olub.

XALQ.AZ-ın məlumatına görə, dava nəticəsində 5 nəfər yaralanıb, 13 nəfər saxlanılıb.

Ermənistan polisi bildirib ki, dava avtomobili sürətlə idarə edən sürücü ilə digər avtomobildəkilər arasında baş verib. Qurbanlardan biri bıçaqlanıb, xuliqanlar “Mersedes-Benz Sprinter” markalı avtomobili daşa basıblar.

XALQ.AZ