Ermənistanda kütləvi istefalar: polis və xüsusi xidmət orqanları başsız qaldı

Ermənistanda Baş Qəragah rəisi Artka Davtyanın ardınca daha bir neçə yüksək rütbəli şəxs postunu tərk edib.

XALQ.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Eduard Martirosyan istefa ərizəsi yazıb.

O, postunda cəmi 3 ay çalışıb. Digər tərəfdən, ölkə polisinin rəhbəri Armen Sarkisyan da istefa verib.

Güc strukturları rəhbərlərinin istefası koronavirusla bağlı sanitar qaydalara nəzaərt edə bilməməsi və s. ilə bağlıdır.