Ermənistanda kütləvi mitinqlər başlayır

Ermənistanın paytaxtı Yerevanda qiymət artımına qarşı etiraz yürüşləri keçiriləcək.

XALQ.AZ məlumat verir ki, Yerevanda başlayacaq aksiyalarda yüzlərlə sakinin iştirak edəcəyi gözlənilir. Hakimiyyət əleyhinə etirazların kütləvi hal alacağı, ölkənin bir sıra regionlarını əhatə edəcəyi bildirilir. Etirazlara səbəb qiymət artımı və əhalinin sosial-iqtisadi durumunun ağır vəziyyətdə olmasıdır.

Ermənistan parlamentinin müxalifəti təmsil edən deputatları xalqa çağırışlar edərək onları cinayətkar Sarkisyan hakimiyyətinə qarşı qiyama səsləyiblər.