Ermənistanda xəstələri Qarabağa göndərirlər

Hər iki valideynlərdən məhrum olan erməni aldadılaraq orduya aparılıb.

2-ci qrup əlil olan 63 yaşlı Varazdat Xaçatryan hər iki valideynlərindən mərhum olan nəvələrinin müdafiə nazirliyi tərəfindən aldadılaraq, orduya çağırılması və guya püşkatma yolu ilə Qarabağdakı qondarma qurumun bölmələrindən birində hərbi xidmətə göndərilməsindən şikayət edir.

Hər iki valideynlərinin sağ olmasına baxmayaraq, 3 nəvəsini valideynsiz böyütdüyünü və xəstəlikdən əziyyət çəkdiyini bildirib. Nəvələrinin valideynləri boşanıb və övladlarından imtina ediblər. Hər iki valideyn Ermənistanı tərk edib. Nəvələrindən biri 14 yaşlı qız olsa da, digər iki oğlan nəvələrini Qarabağa hərbi xidmətə aparıblar.

O, bildirir ki, böyük nəvəsi Varazdatın psixoloji problemləri var, hətta psixatriyada müalicə olunub. Digər nəvəsinin isə qurşağında böyük xalı var silah daşımağa ixtiyarı yoxdur.

37 min dram təqaüd aldığını, çoz vaxt xəstəxanalarda olduğunu, himayəsində olan azyaşlı nəvəsinin isə baxımsız qaldığını bildirir. O, nazirlikdən nəvələrinin Ermənistanda xidmət etməsi üçün köməklik göstərilməsini xahiş etdiyini, lakin heç bir müsbət həll yolu olmadığını bildirdi. Yanvarın 15-də son tibbi müayinəsini keçən kiçik nəvəsinə sağlam və könüllü xidmət etmək istədiyinə dair rəy verilib.

Şikayətçi bildirir ki, tibbi müayinə olunacağına dair komissarlığa çağırsalar da yanvarın 16-da onu aldadaraq hərbi xidmətə aparıblar.

Məlumata görə, onun hər iki nəvəsi işğal altında olan Qarabağın Ağdərədə yerləşən qanunsuz hərbi hissələrindən birinə göndəriliblər. Ermənistan müdafiə nazirliyindən isə etirazçıya vaxtında müraciət etməli olduğunu bəhanə ediblər.