Ermənistandan Agdama və Tərtərə atəş açılıb- Məktəbə mərmi düşüb -Fotolar

Oktyabrın 26-da səhər saatlarında  Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub. Nəticədə məktəbə ciddi ziyan dəyib.  Həmçinin oktyabrın 26-sı saat 15:30-da Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini toplardan atəşə tutub.

XALQ.AZ xəbər verir ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur. 

Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.