Ermənistandan Bərdəyə raket atıldı

Ermənistan Silahlı Qüvvələri Bərdəyə növbəti dəfə raket zərbəsi endirib. 

XALQ.AZ xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat yayıb: 

“Ermənistan Tərtərə raket hücumlarından sonra Bərdəni atəşə tutub. Ötən gün klaster silahları ilə Bərdədə mülki şəxslərin ölümündən heç bir dərs çıxarılmadı. Ermənistan hərbi işğala və müharibə cinayətinə son qoymalıdır”.