Ermənistandan Gəncəyə raket atıldı

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri növbəti dəfə raket atəşinə tutulub.

XALQ.AZ xəbər verir ki, atəş nəticəsində bir sıra yaşayış binaları dağılıb. Bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb.

Dağıntılar altında qalanların olduğu ehtimal edilir. 

Hazırda xilasetmə işləri davam etdirilir