“Ermənistan məhv olacaq” – Elman Məmmədov

ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”.

XALQ.AZ -ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev ötən gün Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib. Dövlət başçısı deyib: “Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdə ikinci erməni dövləti yaransın. Tarixi torpaqlara qayıdış bizim siyasi-strateji hədəfimizdir. Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Təcrid siyasəti torpaqlarımız azad olunana kimi davam etdiriləcək”.

Millət vəkili Elman Məmmədov  XALQ.AZ-a açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayında bir çox məsələlərə toxunuldu. Bu məsələlərin içərisində erməni işğalı, torpaqlarımızın azad olunması ilə bağlı məsələlərə də xüsusi yer verildi: “Cənab prezident çıxışı zamanı qeyd elədi ki, Ermənistan artıq neçə illərdir ki, özünün apardığı yarıtmaz işğalçılıq, düşmənçilik siyasəti nəticəsində bölgədə bütün irili-xırdalı layihələrdən təcrid olunub. Yəni özü-özünü elə bir vəziyyətə salıb ki, bu gün Ermənistan iqtisadiyyatı demək olar ki, iflic vəziyyətindədir. Ermənistan iqtisadiyyatının yarıdan çoxu qeyri-dövlətlərin nəzarətindədi, özündə deyil. Getdikcə siyasətdə, iqtisadiyyatda, eyni zamanda, cəmiyyətdə xoşagəlməz halların sayı artır. Ermənistanda miqrasiya da sürətlə davam edir. Məsələn, ötən il 40 mindən artıq vətəndaş Ermənistandan birdəfəlik gedib. Bu, elə bir vəziyyətə gətirib çıxaracaq ki, axırda Ermənistan ermənisiz qalacaq”.

Millət vəkilinin sözlərinə görə, bunun da səbəbi Ermənistan rəhbərliyinin apardığı düzgün olmayan, qonşulara qarşı olan düşmənçilik, işğalçılıq siyasətidir: “Cənab prezidentimiz qeyd elədi ki, biz bu prosesi son ana qədər davam etdirəcəyik. O vaxta qədər ki, Ermənistanın ağlı başına gələcək, səhvlərini dərk edəcək və qonşularla normal qonşuluq münasibətləri quracaq. Bu o zaman mümkündür ki, Azərbaycanın torpaqları işğaldan azad olunsun və ərazi bütövlüyü təmin edilsin. Belə olan halda təbii ki, Azərbaycanla da, Türkiyə ilə münasibətlərdə də normallaşma baş verə bilər. Əks halda Ermənistanı məhvə gətirənə qədər bu siyasətimizi davam etdirəciyik, iqtisadiyyatımızı, ordumuzu gücləndirəciyik. Təkcə belə olan halda işğal altındakı 20% torpaqlarımızı yox, eyni zamanda Azərbaycanın qədim tarixi, yəni bu gün Ermənistanın yerləşdiyi torpaqlara da qayıdacayıq. Təbii ki, əgər Ermənistan düşmənçilik, işğalçılıq siyasətindən əl çəkməsə”.

RƏSUL