Ermənistanın heç bir aviaşirkəti Avropa Birliyinə uça bilməyəcək

Avropa Komissiyası aviasiya şirkətləri ilə bağlı “qara siyahı”sını açıqlayıb.

XALQ.AZ xəbər verir ki, siyahıda bu ölkədən qeydiyyatda olan bütün şirkətlər də var.

Ermənistanın Aircompany Armenia, Armenia Airways, Armenian Helicopters, Atlantis Armenian Airlines, Atlantis European Airlines, Mars Avia» və Skyball şirkətləri təhlükəsizlik standatrlarına cavab vermədiyi üçün bu siyahıya daxil ediliblər.