Ermənistanda gərginlik-Polis turisti belə döydü

Ermənistanın paytaxtı Yerevanda polis əməkdaşları ukraynalı iki musiqiçini saxlayıb.

XALQ.AZ  xəbər verir ki, polisin hərəkəti sosial şəbəkədə böyük rezonans doğurub.

İnternetdə yayımlanan videodan görünür ki, polis turistlərə qarşı güc tətbiq edib.

Ukraynalı turistlər rus dilində polislərə səslənib:

“Mən heç nə etməmişəm, onlardan soruşun. Qanunlara hörmət edirəm”.

Sosial şəbəkələrdə erməni polisin köhnə ənənələrinə geri dönməsi ilə bağlı fikirlər səsləndirilib.

 

 

 

Orxan