Eşşək əti bahalaşdı

essek-1

Əhali sayı 1.5 milyarddan çox olan və dünyanın ən böyük istehlakçı cəmiyyəti olan Çində it ətindən sonra indi də eşşək əti süfrələrin bəzəyi olmağa başlayıb. Xalq.az-ın xəbərinə görə, artıq bu ölkədə eşşək tapılmadığından xaricdən eşşək idxal etməyə başlayıb.

Yerli “South China Morning Post” qəzetinin yaydığı xəbərə görə, ölkədəki son eşşəklər də kəsilərək qəssablara verildikdən sonra hökumət son çarə olaraq Afrikanın Keniya ölkəsindən uzunqulad idxal etməyə başlayıb. Bubndan başqa rəsmi Pekin keniyalı fermerlərdən birinə ölkələrində eşşək ferması və sallaqxanası açmağa icazə verib.

Məlumata görə, bir vaxtlar öldüyü zaman yolun kənarına atılaraq yırtıcı quşlar tərəfindən yeyilməsi gözlənən eşşək leşləri bir anda qəhətə çəkilib və bu leşlərin qiyməti də bahalaşıb.

Bu xəbər Kenityada eşşək oğurluğunu da intensivləşdirib.

Rəsmi Pekin isə ölkəsində yeni eşşək fermalarının yaradılması üçün digər Afrika ölkələri ilə də danışıqlara başlayıb.